Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tovuzda məktəbdə 71 nəfər tüstüdən zəhərlənib

19.12.2024 [17:16]

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə baş verib. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11 radələrində çağırış olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 71 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb. Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.