Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Los-Ancelesdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

19.12.2024 [18:48]

Xəbərin mətni

Azərbaycanın Los-Ancelesdə Baş Konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın məlumatına görə, 200-yə yaxın soydaşımızın iştirak etdiyi tədbirin açılışında Azərbaycan və ABŞ-ın Dövlət himnləri ifa olunub, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.