Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib

19.12.2024 [19:52]

Xəbərin mətni

Dekabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bələdiyyələrdə gender komissiyalarının yaradılmasının əhəmiyyətinə diqqət çəkib, məişət zorakılığının qarşısının alınması, eyni zamanda, gender bərabərliyinin təminatları haqqında qanunların həyata keçirilməsinin rolundan danışıb