CƏMİYYƏT
Saray qəsəbəsində yanğın baş verən binadan ən son məlumatlar
20.12.2024 [14:27]
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.