Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Sürətli keçid kartı”: Ölkəmizdə ilk

20.12.2024 [19:22]

2023-ci il 20 oktyabr tarixində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı- Quba – Rusiya ödənişli yolu istifadəyə verildi. Bu həm, beynəlxalq yükdaşıyıcıların həm də, paytaxtdan şimal rayonları istiqamətinə gedənlərin həmçinin əks istiqamətə gələnlərin işini xeyli asanlaşdırdı. Məqsəd daha sürətli və daha təhlükəsiz səfərlərdir. Amma pullu yolun girişində avtomobillərin ödəniş etmək üçün gözləməsi bəzən uzun sıralar yaradırdı. Bunun qarşısını almaq üçün isə “sürətli keçid kartı”nın istifadəsinə başlanılıb.