Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Məhkum olunmuş qadınlar üçün V kitab mütaliə marafonu” layihəsinin nəticələri təqdim olunub

21.12.2024 [18:09]

Xəbərin mətni

Gələn ildən biz təkcə qadınlarla deyil, həm də yeniyetmə və məhkum olunmuş kişilərlə onların həyatına təsir göstərərək işləməyi planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bu barədə “Məhkum olunmuş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin sədri Firuzə İsgəndərova “Məhkum olunmuş qadınlar üçün V kitab mütaliə marafonu” layihəsinin icrasına həsr olunmuş mətbuat konfransında jurnalistlərə bildirib. O, həmçinin bu marafonun əhəmiyyətini vurğulayıb. Tədbir Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, “Məhkum olunmuş qadınların cəmiyyətə qayıdışı” və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) ictimai birliklərinin təşkilatçılığı ilə baş tutub.