CƏMİYYƏT
Bakıda gənclər arasında “Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı” keçirilib
21.12.2024 [20:19]
Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı” layihəsi çərçivəsində 16-29 yaşlı gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Murad Qasımlı layihənin məqsədi, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıtmaları istiqamətində ölkəmizin haqlı mövqeyi barədə xüsusilə gənclərin biliklərinin və məlumatlılığının artırılmasının əhəmiyyətini, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.