DÜNYA
Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb
22.12.2024 [16:17]
Xəbərin mətni
Çinin şimal-şərqindəki Heyluncian vilayətinin inzibati mərkəzi olan Harbin şəhərində 26-cı buz və qar dünyası sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, təxminən bir milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 300 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var.
Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.