Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə “Natəvan” məktəbində Yeni il bayramı qeyd edilib

23.12.2024 [10:37]

Xəbərin mətni

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə Yeni il bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyimizin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyimizin Mədəniyyət Mərkəzində əsl bayram əhvali-ruhiyyəsi yaradıblar.