CƏMİYYƏT
Ağstafada 39 yaşlı kişi dəm qazından boğularaq ölüb
23.12.2024 [12:24]
Xəbərin mətni
Ağstafada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Köhnə Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Emin Tağıyev yaşadığı evin vanna otağında zəhərlənib. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.