Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vüqar Qurbanov: Yanvar-noyabr aylarında təcili və təxirəsalınmaz yardımla bağlı 1,6 milyondan çox çağırış qeydə alınıb

23.12.2024 [13:43]

Xəbərin mətni

Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.