Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bir sıra dərman vasitələri sığorta hesabına qarşılanacaq

23.12.2024 [17:42]

Artıq ambulator şəraitdə müalicə alan vətəndaşlara resept əsasında yazılan bəzi dərmanlar onlara dövlət hesabına veriləcək. Bu məsələlər Prezident İlham Əliyevin təsdiqlədiyi “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb. İlkin mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm, tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini sığorta qarşılayacaq.