CƏMİYYƏT
Mobil şəbəkə operatorların adından kiberdələduzluq edilir
23.12.2024 [18:02]
Texnologiyanın günü-gündən inkişaf etdiyi bir vaxtda kibercinayətkarlar da dırnaqarası bacarıqlarını təkminləşdirirlər. Onlar bu dəfə də mobil şəbəkə operatorlarının adından vətədaşlara zəng edərək dələduzluq edirlər. Belə ki, kiberdələduzlar mobil internetin sürətini artırmaq və 5 G-yə keçid üçün whatsapp üzərindən vətəndaşlara təlimatlar göndərir və naməlum mənbədən olan proqram təminatının telefona quraşdırılması istənilir. Elə bütün məsələlər də bundan sonra başlayır.