CƏMİYYƏT
Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alan var
23.12.2024 [18:56]
Xəbərin mətni
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Mercedes” markalı şəhərdaxili sərnişin mikroavtobusu ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alıb.