Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zabratda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

24.12.2024 [12:01]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250 kvadratmetr olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.