Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil və avtomobil təqdim edilib

24.12.2024 [12:59]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dekabrın 24-də şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil verilib.
AZƏRTAC xəbər verir ki, mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir.
Həmin mənzil və avtomobillərin sənədlərinin təqdim edilməsi ilə bağlı 4 saylı DOST Mərkəzində tədbir keçirilib.