CƏMİYYƏT
Hacıqabulda traktorla avtomobil toqquşub, yaralılar var
24.12.2024 [14:14]
Xəbərin mətni
Hacıqabul rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ekskavator tipli traktor və "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilinin sürücüsü və 3 sərnişin xəsarət alıb.