Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib

24.12.2024 [15:40]

Xəbərin mətni

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.