Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Naxçıvan-100” xalçasının təqdimat mərasimi keçirilib

24.12.2024 [15:53]

Xəbərin mətni

Azərbaycan Milli Xalça Muzeyində Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış “Naxçıvan-100” xalçasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək Naxçıvanın 100 illik yubileyinin Azərbaycan tarixində həm dövlətçilik ənənələrinin, həm də milli kimliyimizin qürur mənbəyi olduğunu deyib. “Bu torpaqlar əsrlər boyu Azərbaycan xalqının mədəniyyətini, irsini və dövlətçilik ruhunu qoruyaraq saxlayıb. 100 il əvvəl, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə bu torpaqların hüquqlu statusu təsbit edilib. Bu, təkcə hüquqi deyil, həm də tarixi bir zəfərdir.