Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub

24.12.2024 [22:05]

Xəbərin mətni

Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. “İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, bu gün hamımız mədəni irsimizin, mədəniyyətimizin, incəsənətimizin işığına toplaşmışıq. O, bu il nəşriyyat evi tərəfindən müxtəlif dillərdə çap olunmuş kitablar haqqında məlumat verib. Vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.