CƏMİYYƏT
Fərid Hüseynov: Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib
25.12.2024 [15:20]
Xəbərin mətni
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov mətbuat konfransında deyib.
O qeyd edib: “Hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir”.