Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabirabadda 1000-dən çox Xan çinarı əkilib

25.12.2024 [15:31]

Xəbərin mətni

Sabirabad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib, 1 hektar ərazidə yeni yaşıllıq zolağı salınaraq Xan çinarları əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində keçirilən aksiya Sabirabad rayon meşəbəyliyinin 2 saylı meşə dolayında gerçəkləşib. Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəsmiləri, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.