CƏMİYYƏT
Baş Prokurorluq: Yaralıların yaxın qohumlarından DNT analizi götürülür
25.12.2024 [21:38]
Xəbərin mətni
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, 160 ünvanında yerləşən inzibati binasında (Dərnəgül metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.