Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 [10:03]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.