Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılıb

26.12.2024 [13:07]

Xəbərin mətni

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, hadisə ilə əlaqədar hava limanında quraşdırılmış xatirə lövhəsinin önünə gül dəstələri düzülüb. Ziyarətdə həm qəzada həlak olanların ailə üzvləri, həm də aviasiya sahəsinin nümayəndələri iştirak edirlər.