Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər

26.12.2024 [14:15]

Xəbərin mətni

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında dövlət bayrağı endirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə matəm elan edilməsi ilə əlaqədar ölkəmizin Moskvadakı səfirliyinin binasında dövlət bayrağımız endirilib.