CƏMİYYƏT
Təyyarə qəzasında həlak olanların xatirəsi Xankəndidə anılıb
26.12.2024 [15:04]
Xəbərin mətni
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sükut dəqiqəsi zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Dövlət bayraqları yarıyadək endirilib.