SİYASƏT
Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Ukraynada da anılır
26.12.2024 [17:36]
Xəbərin mətni
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Ukraynadakı səfirliyində dövlət bayrağımız yarıya endirilib.
AZƏRTAC xəbər verir ki, matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Xarici ölkələrin Ukraynadakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.