Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

26.12.2024 [18:21]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə ölkəmizin Fransadakı səfirliyində dövlət bayrağı endirilib.
AZƏRTAC xəbər verir ki, səfirlik Fransadakı aidiyyəti qurumlara, eləcə də bu ölkədəki diplomatik nümayəndəliklərə nota göndərib. Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Həmçinin səfirliyin sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.

Bölmənin digər videoları