Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təyyarə qəzasının qurbanlarının xatirəsi anılıb

26.12.2024 [19:53]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi ölkəmizin İstanbuldakı Baş konsulluğunda da anılıb. AZƏRTAC xəbər verir ki, faciə qurbanlarına ehtiram məqsədilə ölkəmizin İstanbuldakı Baş konsulluğunun binasında dalğalanan Azərbaycan Bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.