Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

26.12.2024 [19:55]

Xəbərin mətni

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar ölkəmizin İtaliyadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb. AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən İtaliyanın dövlət qurumlarına, mənzil qərargahı Romada yerləşən təşkilatlara, eləcə də diplomatik nümayəndəliklərə nota göndərilib. Dekabrın 26-27-də matəm günü ilə əlaqədar səfirlikdə xatirə kitabının açıldığı bildirilib.

Bölmənin digər videoları