Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Londonda da yad edilir

26.12.2024 [20:18]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi Londonda yad edilir. AZƏRTAC xəbər verir ki, matəmlə əlaqədar Azərbaycanın Londondakı səfirliyinin binasında dövlət bayrağı yarıya qədər endirilib və dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. London sakinləri, diasporumuzun üzvləri səfirliyimizin binası qarşısına gül dəstələri gətirir, həlak olanların xatirəsini ehtiramla yad edirlər. Xarici ölkələrin Londondakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Bölmənin digər videoları