Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib

26.12.2024 [21:31]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarə qəzasında həlak olanların nəşi Aktaudan Bakıya gətirilib. AZƏRTAC xəbər verir ki, AZAL-ın təyyarəsi qəza nəticəsində yaralanan 7 nəfəri və həlak olan 4 nəfərin nəşini Bakıya gətirib. Bu gün həmçinin 7 yaralı Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Bakıya gətirilib.