Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib

27.12.2024 [10:36]

Xəbərin mətni

Şirvan şəhərində minik avtomobilinin hasara çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Mahir Aydınov küçəsində qeydə alınıb. Şirvan şəhər sakini Vüqar Novruzlunun idarə etdiyi VAZ markalı minik maşını hasara çırpılıb. Qəza nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.