CƏMİYYƏT
Polis orqanlarında xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı keçirilib
27.12.2024 [12:50]
Xəbərin mətni
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 12 nəfəri Vətən müharibəsi iştirakçısıdır.