Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Təyyarə qəzasında həlak olan Balakən sakini dəfn edilib

27.12.2024 [16:10]

Xəbərin mətni

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan Ramazan Filiyevin nəşi bu gün doğulduğu Balakənin Şərif kəndinə gətirilərək dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərif kəndində dünyaya gələn Ramazan ailənin sonbeşiyi olub. 27 yaşlı gənc üç bacının bir qardaşıdır.