Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dekabrda Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb

27.12.2024 [17:53]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Onlardan, ümumilikdə, 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.