Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kürdəmirdə yol qəzası ölümlə nəticələnib

28.12.2024 [11:37]

Xəbərin mətni

Hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunda, rayonun Xırdapay kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə hərəkətdə olan yük və minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Onun sərnişini olan qardaşı müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.