CƏMİYYƏT
İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı 34 min nəfərə çatıb
28.12.2024 [18:37]
2024-cü il doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər üçün yaddaqalan oldu. Belə ki, bu il Şuşa, Cəbrayıl və Xocalı şəhərlərinə, Sus və Ballıca kəndinə ilk dəfə köç baş tutdu. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur qurulur, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün şərait yaradılır. İndiyə qədər 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış məntəqəsi üzrə köçürülmə olub.