Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni kiberdələduzluq növü ortaya çıxıb

28.12.2024 [18:53]

Sosial şəbəkələr üzərindən kiberdələduzluq halları davam edir. Belə ki, kibercinayətkarlar bu dəfə vatsap sosial şəbəkəsindən müxtəlif xarici nömrələrlə vətəndaşlara video zəng edir və müxtəlif manipulyasiya xarakterli söhbətlərlə onların bank hesabındakı vəsaitləri ələ keçirirlər.  İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, bu kiberdələduzlar özlərini və vəzifələrini hər bir şəxsə fərqli təqdim edirlər.