Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Embraer-190” təyyarəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirilib

29.12.2024 [00:57]

Xəbərin mətni

“Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının nəşi Aktaudan Bakıya gətirilib. AZƏRTAC xəbər verir ki, gətirilən 24 cənazədən 3-ü ekipaj üzvlərinə, 21-i isə sərnişinlərə aiddir. Xatırladaq ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.