CƏMİYYƏT
Xuraman Qasımova: Qarabağ möcüzəli torpaqdır
29.12.2024 [10:59]
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış Azərbaycanın hər bir vətənpərvər ziyalısının qəlbində sevinc və qürur hissi doğurur. Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli opera müğənnisi Xuraman Qasımova Böyük Qayıdışın əhəmiyyəti haqqında fikirlərini bölüşərkən Qarabağın möcüzəli torpaq olduğunu, orada yenə Natəvanlar, Üzeyir Hacıbəyovlar, Bülbüllər yaranacağına əminliyini bildirib.