CƏMİYYƏT
Qaradağda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluqla məşğul olan şəxs saxlanılıb
29.12.2024 [14:39]
Xəbərin mətni
Dekabrın 28-də saat 15:00 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər nazirliyinin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.