Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü II Fəxri xiyabanda dəfn olunub

29.12.2024 [15:31]

Xəbərin mətni

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.