CƏMİYYƏT
Tovuzda yol qəzasında ölən və xəsarət alanlar var
29.12.2024 [17:54]
Xəbərin mətni
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106” markalı minik maşını toqquşub.
Qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.