Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncənin tarixi adının bərpasından 35 il ötür

30.12.2024 [12:04]

Xəbərin mətni

Hər il olduğu kimi bu il də gəncəlilər 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni ilin gəlişi əfəsində daha bir bayramı qeyd edir. Dəfələrlə adı dəyişdirilən Nizami yurdunun tarixi Gəncə adı 1989-cu il dekabrın 30-u özünə qaytarılıb. 1989-cu ildə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib.