CƏMİYYƏT
EKİPAJ: SƏMANIN QƏHRƏMANLARI...
29.12.2024 [20:42]
Dekabrın 25-i tariximizdə heç vaxt unudulmayacaq bir gün kimi əbədi həkk olundu. Həmin gün həyatlarını təhlükəyə atan, lakin son ana qədər məsuliyyətlərini yerinə yetirməkdən çəkinməyən beş ekipaj üzvü qəhrəmanlıqla əbədiyyətə yola çıxdı. Bu dəhşətli təyyarə qəzası onların üçünün həyatını alsa da, göstərdikləri cəsarət və peşəkarlıq hər kəsin ürəyində silinməz iz qoydu.