Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bir qrup jurnalist “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə təltif olunub

30.12.2024 [16:52]

Xəbərin mətni

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.