MƏDƏNİYYƏT
Dünyaşöhrətli prodüser Burak Yeterdən və “Yaradıcı studio”dan yeni trek
30.12.2024 [20:36]
“Sound of Land” layihəsi çərçivəsində Bakıda keçirilən “Yaradıcı həftə” ərzində yeni trekin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dünyaca məşhur prodüser və DJ Burak Yeter “Bayatı şiraz” adlı yeni treki ilə musiqisevərlərin qəlblərini fəth etməyə hazırdır. Bir çox hitlərə imza atan Burak Yeterın sosial şəbəkə səhifəsində 6 milyondan çox izləyici auditoriyası var. Onun mahnıları audio platformalarda bir milyarddan çox baxış və ya səslənməyə sahibdir.