DÜNYA
Çində sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlanıb
31.12.2024 [12:03]
Xəbərin mətni
Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarı CR450-nin prototipi hazırlanıb. AZƏRTAC xəbər verir ki, istehsalçı olan Çin Dövlət Dəmir Yolu Qrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyat sürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləc səmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyini bildirib. Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onun əməliyyat sürəti 400 km/saat təyin edilib.